Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Region » İranda təhlükəsizlik qüvvələri nümayişləri dağıdıb, bir neçə nəfər həbs edilib

İranda təhlükəsizlik qüvvələri nümayişləri dağıdıb, bir neçə nəfər həbs edilib

Cümə axşamı İranın paytaxtı Tehran, habelə Təbriz, İsfahan və digər şəhərlərində polislə küçə nümayişçiləri arasında toqquşmalar baş verib.

Boyukmillet.com xəbər verir ki, güc strukturunun əməkdaşları tələbə təşkilatları və hüquq müdafiəçilərinin çağırışı ilə keçirilən aksiyada bir neçə nəfəri həbs edib.

İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar altı gündür davam edir. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb, yüzlərlə insan saxlanılıb.

Qeyd edilir ki, Şiraz və Məşhəddə polis əməkdaşlarına qarşı hücumlar olub, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin bir zabiti və iki döyüşçüsü öldürülüb.

Check Also

Rusiya Duması Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi təsdiqləyib

Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin …