Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

İranda toz fırtınası nəticəsində 1191 nəfər xəstəxanaya yerləşdirilib

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib.

Boyukmillet.com xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.

Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi davam edir.

Səlahiyyətlilər xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamağı tövsiyə ediblər.

Check Also

Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən …