Bazar , 16 Fevral 2025
Drone Cameras

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Bildirilib ki, aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir …