Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

İrandan Azərbaycana 26 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqram 900 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Bakıda bir sıra abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb

Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. Boyukmillet.com xəbər verir …