Cümə , 19 İyul 2024
Drone Cameras

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən Məlumat verilib.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

DİN: Avtomobil yollarındakı yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili …