Bazar , 12 İyul 2020
Home » Dünya » İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq

İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq

Böyük Britaniya səfiri Robert Makaire qanunsuz aksiyada iştirak edən naməlum əcnəbi vətəndaş kimi saxlanılıb. Onun şəxsiyyəti məlum olduqdan sonra dərhal buraxılıb.

BOYUKMILLET.COM xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı bildirib.

“O, qanunsuz yığıncaqda iştirak edən naməlum əcnəbi kimi saxlanılmışdı. Polis mənə deyəndə ki, saxlanılan şəxs Britaniyanın səfiri olduğunu iddia edir, mən inanmadım. Yalnız onunla telefonla danışdıqdan sonra bildim ki, odur. 15 dəqiqə sonra o, azad edildi”, – Araqçı bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makaire ötən gün polis tərəfindən saxlanılmışdı. Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.

Check Also

Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu …