Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbərləri etiraz aksiyalarına qarşı birgə plan hazırlayıb

İranın kəşfiyyat və təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri etiraz aksiyalarına qarşı birgə strategiya hazırlamaq üçün Məşhəd şəhərində toplantı keçiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın ali rəhbəri toplantı iştirakçılarına müraciət ünvanlayıb.

Məlumata görə, yığıncaqda İran Kəşfiyyat və İnformasiya Nazirliyinin, İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsinin yüksək vəzifəli rəsmiləri, habelə bir sıra təhlükəsizlik və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşları, habelə yüksək çinli hərbçilər, o cümlədən qvardiyanın baş komandanı Hüseyn Salami, Məhəmməd Şirazi, daxili işlər naziri Əhməd Vahidi, Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Seyid Əli Xaməneinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi – Gülpayaqani və başqa rəsmilər iştirak ediblər.

Xaməneinin ismarışında son etiraz aksiyaları zamanı İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat idarəsi ilə Ettelaat arasında anlaşmanın olmadığı da vurğulanıb: “İnformasiya məsələsi ölkənin ən mühüm məsələlərindən biridir. Xüsusi xidmət orqanları ilə bağlı zəif cəhətlərimizdən biri də uyğun qurumlar arasında anlaşmanın olmamasıdır”.

Check Also

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə …