Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

İranın vitse-prezidenti nüvə obyektlərindəki vəziyyəti normal adlandırıb

İsrailin zərbələri fonunda İran nüvə obyektlərindəki vəziyyət normaldır.

Boyukmillet.com xəbər verir ki, bu barədə SNN telekanalı İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslamiyə istinadən məlumat yayıb.

O, nüvə obyektlərində hazırkı vəziyyətin necə olduğu barədə suala “yaxşıdır” cavabını verib.

Daha əvvəl İsrail tərəfi İranın bir neçə nüvə obyektinə, o cümlədən Natanz və Fordoya zərbələr endirildiyini bildirmişdi. Daha sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinin peyk şəkillərini təhlil etdikdən sonra Natanzdakı zavoda atılan raketlərin yeraltı məkanlara da zərər vurduğunu bəyan edib.

Check Also

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç …