Bazar ertəsi , 5 İyun 2023

İranlı alimdən kəhanət: Mehdi gələn ay zühur edəcək

Koronavirus pandemiyası və təbii fəlakətlər Mehdinin gəliş əlamətidir. Bu virusu hər yerə və hər kəsə yayın!

Boyukmillet.com xəbər verir ki, bunu iranlı şiə alimi Əlirza Pənahian “Tasnim” agentliyinə açıqlamasında deyib.

Pənahian koronavirusun bütün bəşəriyyəti yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyacağını və bir xilaskarın gəlib insanları xilas edəcəyini bildirib.

İqtisadi çətinliklərlə ən çox mübarizə aparan ölkələrdə dini hakimiyyətlərə ehtiyac olduğunu söyləyən din xadimi Mehdinin də belə yerlərdən çıxacağını deyib.

Pənahian Mehdinin ortaya çıxacağı vaxtı da göstərib. Onun sözlərinə görə, 12-ci imam Ramazan ayından əvvəl gələcək.   /Axar.az/

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …