Cümə axşamı , 2 Fevral 2023

İSBAM dəvət etdi, “ASİMDER” təşkilatının rəsmiləri Azərbaycana gəldi – Qərbi Azərbaycan İcması ilə protokol imzalanıb (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən ASİMDER təşkilatının nümayəndə heyəti ölkəmizə səfər edib.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində qonaqların iştirakı ilə Bakı, Bərdə və Tərtərdə bir sıra görüşlər keçirilib.

Bundan başqa, qonaqlar Qərbi Azərbaycan İcmasında olub, burada icma rəhbəri, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər.

Görüşdə icmanın sədri, millət vəkili Əziz Ələkbərli fəaliyyətləri haqqında qonaqlara geniş məlumat verib.

ASİMDER Anadolu başqanı İrfan Ermiş, Mete Çakı və Hüseyn Ali Yücel icmanın binası ilə tanış olub. Tərəflər arasında gələcək planlar, o cümlədən Qərbi Azərbaycanla bağlı strateji məqsədlərə nail olmaq üçün beynəlxalq təşkilatlarla birgə işbirliyi və sair məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Qeyd edək ki, görüş çərçivəsində Qərbi Azərbaycan icması ilə İSBAM arasında əməkdaşlıq protokolu da imzalanıb.

Fərid

Check Also

Rauf Zeyni: “Azərbaycan istəyər ki, orada Türkiyə və ya Pakistan kimi ölkələrin hərbçiləri təhlükəsizliyi qorusun”

Qərbi Azərbaycan İcmasından bildirilib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması …