Şənbə , 7 Fevral 2026
Drone Cameras

İSBAM Həmrəylik gününü qeyd etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bayram tədbiri keçirib. Bu haqda məlumatı Boyukmillet.com-a İSBAM mətbuat xidməti verib. Tədbirdə İSBAM sədri Samir Adıgözəlli çıxış edərək ilk öncə 30 il əvvəl 31 dekabrda baş vermiş tarixi hadisə haqqında danışıb. Daha sonra İSBAM tərəfindən həyata keçirilən tədbirlər ətrafında fikirlərini bildirib. Bayram tədbirində iştirak edən İSBAM sədrinin müvini Səbuhi Əliyev, müşavirləri Yasəmən Möhübbətqızı, Həmid Cəfərov, Samir Şahverdiyev,idarə heyətinin üzvləri Məhəmmədəli Qəribli, Vüsal Arzumanlı,Ceyhun Mahmudov və departament rəhbəri qazi Aidə Şirinova çıxış edərək mərkəzin əldə etdiyi nailiyyətlər ətrafında fikirlərini bölüşüblər. Tədbirdə İSBAM sədri tərəfindən İSBAM fəallarına plaketlər və hədiyyələr təqdim edilmişdir. Keçirilən tədbirdə Boyukmillet.com xəbər portalının redaktoru Sima Babayeva da iştirak etmişdir.

Check Also

“Dünya müharibəsi” xəbərdarlığı… Rusiya ilə birbaşa savaş başlayacaq

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Ruttenin Ukrayna ilə bağlı son bəyanatlarına …