Bazar ertəsi , 5 İyun 2023

İSBAM “Rəfiqə Əliyevanı məzarı başında xatirəsini yad etdi

İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəstəyi ilə “Unutmayaq ki, Unudulmayaq” adlı layihə çərçivəsində Fəxri xiyabanda görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksi ziyarət olunub.


Boyukmillet.com  
xəbər verir ki, ziyarətçilər arasında görkəmli alimin qızı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli,İSBAM idarə heyətinin üzvləri,tələbə-gənclər və mərkəzin ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli isə bildirib ki, Görkəmli alim, akademik Rəfiqə Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.  İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələrdir. Onun cismani yoxluğundan sonra belə xatirələri canlandırmaq, mənalandırmaq – ruhuna ehtiram etmək deməkdir. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abədiləşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək. 

İSBAM Antalya təmsilçisi Elman Əzizov isə bildirib ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Onlardan biri də fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır. Ona görə də görkəmli alimimiz Rəfiqə xanıma həsr etdiyim “Unutmayaq ki, unudulmayaq” adlı layihəm mənim və gənclərimiz üçün böyük şərəf olacaq. Layihə Azərbaycanda və Türkiyənin Antalya şəhərində yüksək səviyədə keçiriləcək. Təbdirdə ziyalılar, alimlər ictimaiyyət nümayəndələri,Rəfiqə xanımın tələbələri və onu sevənlər iştirak edəcək”.

Qeyd edək ki, Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.

 Günel Yaz

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …