Şənbə , 19 İyun 2021
Home » Siyasət » İSBAM sədri Qırğızıstan səfiri ilə görüşüb

İSBAM sədri Qırğızıstan səfiri ilə görüşüb

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  Qırğızıstanın ölkəmizdəki səfiri Muhamməd İsıroviç ilə görüşüb.

 Samir Adıgözəlli keçirilən görüşdə bir neçə  gün əvvəl Qırğızıstan və Tacikistan sərhədində baş vermiş münaqişə nəticəsində həlak olan qırğız vətəndaşları ilə bağlı kədərləndiyini  bildirərək  baş sağlığı vermişdir.

İSBAM sədri 44 günluk Vətən müharibəsi və Ermənistanın uzun illərdir Azərbaycana qarşı həyata keçiridiyi aqressiya haqqında danışaraq, hazırda da erməni tərəfinin təxribatlar həyata keçirdiyini qeyd edib.

Daha sonra Azərbaycan  və Qırğızıstanın qardaş ölkələr olduğunu bildirərək ictimai münasibətlərin, mədəni əlaqələrin inkişafı və bu istiqamətdə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi  ilə bağlı səfirlə fikir mübadiləsi aparılıb.

 Səfir Muhamməd İsıroviç ziyarət üçün İSBAM rəhbərliyinə təşəkkür edərək Qırğızıstanın son hadisələri ilə bağlı acısını paylaşıb, verdikləri baş sağlığını qəbul edərək, ölkəsi adından minnətdarlığını bildirib.

Səfir hadisə haqqında məlumat verərək bildirib ki, aqressiya nəticəsində 36 nəfər həyatını itirib. Onlardan 3 nəfərin hərbçi, 33 nəfərin  mülkü şəxs və içərisində uşaq və yaşlı insanlar  olduğunu qeyd edib. Hadisənin siyasi akt olduğunu qeyd edərək xalqlar arasında hər-hansısa kin-küdürət olmadığını fikirlərinə əlavə edib. Qırğızıstan səfiri görüşdə  eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsinə toxunaraq Ermənistanın Qarabağda törətdiyi aqressiyadan danışıb. Azad olunmuş ərazilərə səfər etdiyini və bir çox həqiqətləri birbaşa müşahidəçisi olduğunu bildirib.

Eyni zamanda səfir M. Isıroviç ictimai, mədəni əlaqələrin iki ölkə arasında daha da inkişaf etdirilməsi ilə bağlı İSBAM sədrinin fikirlərini yüksək səviyyədə  qarşıladığını, bu istiqamətdə həyata keçiriləcək tədbirlərə dəstək olacaqlarını bəyan edib. 

Səmimi keçirilən görüşdə İSBAM Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ş.Həsənov, Boyukmillet informasiya portalının redaktoru S. Babayeva da iştirak etmişlər.

Görüşün sonunda İSBAM sədri Samir Adıgözəlli Qırğızıstandakı matəmlə bağlı açılmış xatirə dəftərinə qeydlər edərək, həlak olanların xatirəsini yad etmişdir.

Check Also

“Şuşa Bəyannaməsi strateji müttəfiqlikdən daha yüksək məna daşıyır” – Bilal Dündar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Zirvə toplantısından həmən sonra Azərbaycana – birbaşa Şuşaya rəsmi …