Çərşənbə , 3 Mart 2021
Home » Manşet » İSBAM Türkiyəli jurnalisti mükafatlandırıb

İSBAM Türkiyəli jurnalisti mükafatlandırıb

Mərkəzi Azərbaycanın Bakı şəhərində yerləşən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (ISBAM) jurnalist, “Yeni Akit” qəzeti Ankara Xəbər Direktoru Muhammet Kutluya qırx dörd günlük Vətən Müharibəsi zamanı Azərbaycana verdiyi media dəstəyinə görə mükafat verib.

Ankarabaku.com saytının verdiyi məlumata görə, Bakıdan yola salınan mükafat bu səhər Ankarabaku.com saytının baş redaktoru, yazıcı – jurnalist Oktay Hacımusalı tərəfindən Muhammet Kutluya təqdim olunub.

Ankarabaku.com saytının baş redaktoru, yazıcı – jurnalist Oktay Hacımusalı Mərkəzin İdarə Heyətinin sədri Samir Adıgözəllinin salamlarını qəzetin kollektivinə və şəxsən Muhammet Kutluya çatdıraraq, Azərbaycan-Türkiyə qardaşlığının əsla pozulmayacağını, bu dostluq və qardaşlığın əksinə gün keçdikcə daha da möhkəmlənəcəyini deyib. Hacımusalı xüsusilə Yeni Akit qəzetinin hər zaman Azərbaycanla əlaqəli mövzulara həssas yanaşdığını, buna İctimai Siyasi Beynəlxalq Araşdırmalar Mərkəzinin (ISBAM) Azərbaycan adından onlara təşəkkür etməyi özünə borç bildiyini sözlərinə əlavə edib: “Qırx dörd günlük müharibədən sonra Azərbaycan öz tarixi, əzəli və əbədi torpaqlarını işğaldan azad edib. Bu zəfər əlbəttə ki, Azərbaycan Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə qəhrəman əsgərimiz sayəsində baş tutub. Təbii ki, bu tarixi qələbəyə gedən yolda hər zaman qardaşımız Türkiyənin mənəvi dəstəyini hiss etdik. 10 dekabr tarixində Bakıda, iki prezidentin iştirakı ilə Azadlıq Meydanında Azərbaycanın Zəfər paradı təşkil edildi və bir daha biz bütün dünyaya göstərdik ki, Türkiyə- Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Hər iki Prezidentin bu cür sədaqətli, dostluq və qardaşlıq münasibətlərində olmasına sevinirik və bu, gələcəyə daha inamla addımlamağımıza səbəb olur ”.
“Yeni Akit” qəzeti Ankara Xəbər Direktoru Muhammet Kutlu bu mükafatı mətbuat həyatında aldığı ən dəyərli mükafat kimi qəbul etdiyini bildirib və Oktay Hacımusalıdan İctimai Siyasi Beynəlxalq Araşdırmalar Mərkəzinin (ISBAM) prezidenti Samir Adıgözəlliyə və qardaş Azərbaycan xalqına bu mükafata görə təşəkkürünü bildirməyini istəyib. Muhammed Kutlu bildirib ki, Azərbaycan qəlbimizdə ən müstəsna yerdədir və 27 sentyabrda işğalçı və vəhşi ermənilərin hücumu ilə başlayan 44 günlük müharibəni əvvəldən axıra kimi çox böyük diqqətlə izlədik və xəbərləri oxucularımıza çatdırdıq: “Qəhrəman Azərbaycan Ordusunun göz qamaşdıran qələbə xəbərlərini çatdırmaqdan qürur duyuruq. İnşallah, dost və qardaş Azərbaycanın Qarabağı cənnətə çevirmə səylərini və ölkənizdəki inkişafı “Yeni Akit” qəzetində ən yüksək səviyyədə oxucularımıza təqdim etmək istəyirik. Dost və qardaş Azərbaycanın gələcəyə doğru atdığı nəhəng addımlar bizi ümidləndirir və qürurlandırır. Ümid edirəm ki, Türkiyə və Azərbaycan Türkiyə ilə digər müsəlman respublikaların bir araya gəlməsinə köməkçi olan dostluq və qardaşlıq körpüsünü bir yerdə quracaqlar” – deyə Muhammet Kutlu sözlərini yekunlaşdırıb.

Boyukmillet.com

Check Also

Tarix İnstitutunun yeni rəhbərliyi İqrar Əliyevdən və Yaqub Mahmudovdan qalma “şikəst Azərbaycan tarixi”ndən qurtuluşa çarə axtarır…

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda direktor dəyikliyi baş verdikdən, akademik Yaqub Mahmudov …