Şənbə , 25 Sentyabr 2021
Home » Qarabağ » İşçi qrupunun rəhbəri: “Ermənilər abidələrimizi yer üzərindən silsələr də, yaddaşlardan silə bilməyiblər”

İşçi qrupunun rəhbəri: “Ermənilər abidələrimizi yer üzərindən silsələr də, yaddaşlardan silə bilməyiblər”

“İşğaldan azad edilən ərazilərdə tamamilə dağıdılan abidələr diqqətdən kənarda qalmayacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin elm təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva jurnalistlərə açıqlamasında deyib.

F.Əliyeva əlavə edib ki, ermənilər işğaldan azad edilən ərazilərdə özününküləşdirə bilmədikləri abidələrimizi tamamilə dağıdıblar: “Bizdə həmin abidələr haqqında reyestrdən əldə edilmiş məlumatlar var. Onlar tamamilə dağıdılsa da, xalqın yaddaşında yaşayır. Həmin abidələrin restavrasiyası üçün tarixçilərin, mütəxəssislərin rəyləri mütləq dinləniləcək. Ermənilər həmin abidələri yer üzündən silsələr də, yaddaşlardan silə bilməyiblər. Xalqın yaddaşında yaşayan tarix əbədi tarixdir. Buna görə də bu istiqamətdə fikir mübadilələri və araşdırmalar aparılacaq”.

Check Also

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Rəşid oğlu Quliyevin doğum günü qeyd olunub. …