Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri deputat olmaq istəyir

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli Azərbaycanda yaxın aylarda Milli Məclis seçkilərinə namizədliyini irəli sürəcəyini açıqlayıb.  

Boyukmillet.com xəbər verir ki, tanınmış hüquq müdafiəçisi bu barədə özünün facebook hesabında məlumat yayaraq dəyərli dostlar, və əziz həmvətənlərinə müraciət edib

Dəyərli dostlar, əziz həmvətənlər!

Azərbaycanda yaxın aylarda Milli Məclisə seçkilər keçiriləcək. Rəhbəri olduğum “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı hüquqları pozulan insanlarla ən çox təmasda olan, onların problemlərini dövlət qurumları qarşısında qaldıran və həlli üçün çalışan bir təşkilatdır.

İnsan hüquqları təşkilatı olaraq həmişə çalışmışıq ki, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində prinsipial, səmimi və ardıcıl olaq.  

Mərkəzə, demək olar ki, Azərbaycanın bütün regionlarından hüquqları pozulmuş insanlar müraciət edir, hüquqi yardım və dəstək alırlar.  Ağır şərtlər altında fəaliyyət göstərdiyimizə baxmayarq heç də az olmayan nəticələr əldə etmişik.

Dəyərli dostlar, bildiyiniz kimi, yaxın aylarda ölkəmizdə yenidən növbədən kənar Milli Məclisə seçkilər keçiriləcək və mən də növbəti dəfə Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olaraq iştirak etmək fikrindəyəm.

Seçkilərdə iştirak etmək üçün hələ ki, dairə seçki komissiyalarının hüdudları daxilində yaşayan seçicilərdən gələn təklifləri dəyərləndiririk, hansı ki seçki dairəsindən seçkiyə qatılmağımıza dair son qərarımızı hələ ki verməmişik.  

Gələn təkliflər əsasən 3 seçki dairəsindəndir; bunlar – 18 saylı Nərimanov-Nizami-Binəqədi, 32 saylı Suraxanı üçüncü, 74 saylı Masallı Seçki Dairələridir.  Yaxın günlərdə hansı seçki dairəsindən namizədliyimizi irəli sürəcəyimizi müəyyənləşdirəcəyik.

Hesab edirəm ki, hüquq müdafiəçisi olaraq Milli Məclisin üzvü olaramsa, hüquqları pozulan insanların hüquqlarının bərpa olunmasında daha çox fayda verə bilərəm.

Düzdür, biz indiki halda da hüquqları pozulmuş insanlarımıza kifayət qədər dəstək oluruq, lakin millət vəkili olaraq bu sahədə daha da böyük işlər görmək olar. Buna görə də seçkilərə qatılmağım dövlətimizin, cəmiyyətimizin və hüquqları pozulan insanların maraq və mənafeyinə uyğundur.

Check Also

Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan ibarət COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi …