Cümə axşamı , 6 Avqust 2020
Home » Gündəm » “İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir

“İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir

Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür.

Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Həmin yazının yerində latın qrafikası ilə “Azərbaycan Milli Elmlər Akademiyası” yazılacaq.

Qeyd edək ki, binanın əsası Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Musa Nağıyev binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

“İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir

Check Also

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verilib – BNA

Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlər üzrə ehtiyyat avtobuslar cəlb edilib. …