Çərşənbə , 8 Dekabr 2021
Home » Digər ölkələr » İspaniyada AES-də qaz sızması olub, ölən və zərərçəkənlər var

İspaniyada AES-də qaz sızması olub, ölən və zərərçəkənlər var

İspaniyada atom elektrik stansiyasında (AES) karbon qazının sızması olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə kataloniyalı həkimlər tvitter səhifəsində məlumat veriblər.

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər zərər çəkib.

Yerli yanğınsöndürənlərin sözlərinə görə, Asko yaşayış məntəqəsində (Kataloniya muxtar əyaləti) AES-də baş verən insident radioloji fəaliyyətlə bağlı deyil. Qeyd edilir ki, yanğınsöndürmə sistemində CO2 sızması baş verib. “Biz zavodun kollektivlə birlikdə təhlükəsizliyini bərpa etmişik”, – deyə yanğınsöndürənlər bildiriblər.

Check Also

İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub

İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində …