Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

İsrail ABŞ-dən 7 milyard dollarlıq silah alacaq

ABŞ İsrailə 7 milyard dollar dəyərində silah, o cümlədən aviasiya bombaları, idarə olunan raketlər və əlaqəli avadanlıqlar tədarük edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında keçirilmiş görüşün nəticəsinə istinadən məlumat yayıb.

“ABŞ İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqdir ki, bu da ABŞ-nin milli maraqları üçün həlledici önəm daşıyır. Təklif olunmuş sazişlər İsrailə müdafiə qabiliyyətini gücləndirməyə, habelə mövcud və gələcək təhdidləri dəf etməyə hazırlığını artırmağa imkan verəcək”, – Pentaqondan bildirilib.

İsrail Müdafiə Qüvvələrinə 3 min ədəd “hava – yer” sinifli “AGM-114 Hellfire” idarə olunan raket, həmçinin 2 mindən çox “GBU-39/B” kiçikdiametrli bomba, 2,8 min “MK 82” fuqas aviabombası və aviabombaları idarə olunan döyüş sursatına çevirmək üçün nəzərdə tutulmuş 13 min “JDAM” dəsti tədarük ediləcək.

Check Also

Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın …