Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

İsrail səfiri: “Azərbaycanla tərəfdaşlığımız uzunmüddətlidir”

“Azərbaycanla tərəfdaşlığımız uzunmüddətlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

O, Azərbaycanla İsrail arasındakı münasibətlərin uzun müddət davam edəcəyini bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant dünən, iyulun 14-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Check Also

“Avtoş” yeniyetmələr kimlərin övladlarıdır?

6 saylı məktəb-liseyin məzunlarının sürdüyü avtomobillərin kimə məxsus olduğu məlum oldu Bakıda imkanlı və əsasən …