Şənbə , 3 İyun 2023

İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Məmmədovun rəhbərlik etdiyi bu diplomatik missiya hökumətlərimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək mühüm körpü olacaq”.

“Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarı son 30 ildə inkişaf edən strateji əlaqələrimizin dərinliyinin göstəricisidir”, – E.Kohen vurğulayıb.

Check Also

Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində …