Cümə axşamı , 1 Dekabr 2022
Home » İqtisadiyyat » İsveçrə şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb

İsveçrə şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb

İsveçrənin “Sapartners Kovari+Kovarı” şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən şirkətin təsisçi tərəfdaşı Dunja Kovari məlumat verib.

“Baş Planlarda əsas fokus evlərin və məktəblərin tikintisi, dizayn məsələləri ilə bağlıdır. Mən işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə olmuşam. Bu ərazilər Azərbaycanın ən gözəl parçasıdır və inkişaf etməlidir. İnanıram ki, hazırladığımız layihələr hər kəs üçün faydalı olacaq”, – deyə o, qeyd edib.

(Report.az)

Check Also

Dünya reytinqində olan beynəlxalq şirkət AQC-yə üzv oldu – Üzv sayı 57-yə çatdı

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Baker Tilly Audit Azərbaycan” beynəlxalq şirkətinin AQC-yə qoşulması …