Şənbə , 3 İyun 2023

İtaliya hərbi xərclərini 800 milyon avro artıracaq

İtaliya hökuməti bu il hərbi xərcləri 800 milyon avro artıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu ölkə müdafiə xərclərini 2022-ci ildəki 25,7 milyard avrodan 2023-cü ildə təxminən 26,5 milyard avroya qədər artıracaq.

Qeyd edilib ki, İtaliya çoxfunksiyalı FREMM tipli freqatların sayının üçdən altıya çatdırılmasını, o cümlədən daha iki sualtı qayıq, həmçinin sualtı qayıq əleyhinə iki təyyarə alınmasını planlaşdırır.

Bundan başqa, 100 ədəd Almaniya istehsalı olan “Leopard 2” tanklarının, həmçinin İsveçin ixrac etdiyi CV90 piyada döyüş maşınlarının alınması imkanları nəzərdən keçirilir.

Check Also

Zelenski bu ölkələrə açıq savaş elan etdi: Ermənistan da var

Rusiyaya sanksiyalardan yayınmağa yardı edənlərə qarşı açıq mübarizəyə başlayacağam. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna …