Çərşənbə , 8 Dekabr 2021
Home » Digər ölkələr » İtaliyada peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq edilib

İtaliyada peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq edilib

İtaliya Nazirlər Şurası koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün məhdudlaşdırıcı tədbirləri sərtləşdirən yeni fərmanı təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Yeni qaydalara əsasən, yaşıl keçid COVID-19 sertifikatı 48 saat müddətinə veriləcək. Bu sənəd koronavirus testindən keçdikdən sonra yalnız işə və zəruri malların olduğu mağazalara giriş, eləcə də regionlararası nəqliyyatda səyahət üçün işləyəcək.

Bundan əlavə, ölkədə peyvənd olunan və ya koronavirus infeksiyasından sağalmış şəxslər üçün super yaşıl keçid tətbiq ediləcək. Bu sənədin sahibləri isə qapalı kafe və restoranları, idman, əyləncə və mədəniyyət müəssisələrini ziyarət edə biləcəklər.

Yeni qaydalar noyabrın 29-da qüvvəyə minəcək.

Check Also

İsraildə Telman İsmayılovun 3 milyon dollarlıq əmlakına həbs qoyulub

İsrailin Təl-Əviv məhkəməsi Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun 3 milyon ABŞ dolları dəyərində …