Bazar ertəsi , 6 Fevral 2023

Jurnalist QHT təmsilçilərilə görüş keçirildi – “Vətəndaş cəmiyyəti: yeni çağırışlar”…

2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbərləri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar”  adlı görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin ofisində baş tutan görüşdə əvvəlcə qurumun məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər.

 Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan, bu gün təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək. Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT- lər tərəfindən bu layihələr uğurla icra edilib.
Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı Agentliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.


Sonra görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.

Check Also

Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 2 fevral – Gənclər Günü ilə bağlı paylaşım …