Cümə , 31 Mart 2023

Kainat tarixində ən güclü partlayış oldu

Astronomlar qalaktikalar çoxluğunda baş vermiş ən güclü partlayışın effektini müşahidə etməyə müvəffəq olublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Yer kürəsindən 390 milyon işıq ili məsafədə qalaktikalardan birinin mərkəzində, irihəcmli qara dəliyin yanında baş verib.

Partlayışın gücü əvvəlki oxşar rekordunu təxminən beş dəfə üstələyir. Bu partlayışın kainatın yaranmasından bugünədək baş vermiş ən güclü partlayış olduğu ehtimal olunur. Partlayış qalaktikalar çoxluğunda qalaktikalararası qazın toplaşdığı ərazidə qabarcığa bənzər iz qoyub. Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb.

Partlayış zamanı yaranmış qazın qabarcığı çoxluğun yalnız bir tərəfindən müşahidə olunur. Tədqiqatın müəllifləri güman edirlər ki, keçmiş zaman ərzində qabarcığın əks tərəfi tədricən yayılaraq yox olub.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …