Çərşənbə axşamı , 18 Fevral 2025
Drone Cameras

Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.

Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib.

Check Also

Kelloq: ABŞ Ukraynanı Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək. Boyukmillet.com“Reuters”ə istinadən xəbər verir …