Cümə axşamı , 16 Sentyabr 2021
Home » Dünya » Kanada baş nazirindən sensasiyalı açıqlama : “Əlimizdə dəlillər var, Ukrayna təyyarəsini İran raketlə vurdu”

Kanada baş nazirindən sensasiyalı açıqlama : “Əlimizdə dəlillər var, Ukrayna təyyarəsini İran raketlə vurdu”

Kanada baş naziri Castin Tyurdo Ukrayna Hava Yollarına aid mülki təyyarənin İranda qəzaya uğraması ilə bağlı sensasiyalı açıqlama ilə çıxış edib. 

Castin Tyurdo mülki təyyarənin İran raketi ilə vurulduğunu və bununla bağlı əllərində faktların olduğunu deyib. 

“Əlimizdə müttəfiqlərimizdən və öz qaynaqlarımızdan əldə etdiyimiz çoxlu sayda kəşfiyyat məlumatlarımız var. Dəlillər təyyarənin İrana aid bir raketlə havada vurulduğunu göstərir. Bu səhvən vurula bilər. Əldə etdiyimiz bu yeni bilgi, araşdırılma aparılmasının vacibliyini göstərir.  
 

Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti təyyarənin raketlə İran tərəfindən vurulduğuna əmindir. Məlumatlara görə, Vaşinqton peyk görüntüləri ilə təyyarənin vurulduğunu təsdiqləyib. ABŞ İranın təyyarənin yanlışlıqla vurduğunu düşünür.

Bu gün Ukrayna tərəfi də təyyarənin vurulmasından şübhə etdiyini açıqlamışdı. 

Xatırladaq ki, İranın ABŞ hərbi bazalarına raket zərbəsi endirdiyi gecə Tehrandakı Xamneyi hava limanından qalxan Ukrayna Hava Yollarına aid təyyarə qəzaya düşmüşdü. Qəza nəticəsində 176 sərnişinin hamısı həlak olmuşdu.    

Check Also

У Харкові відкрили пам‘ятник Великому Нізамі!

У Харкові в Сквері україно-азербайджанської дружби в рамках Року Нізамі Гянджеві, що був проголошений Президентом …