Çərşənbə , 16 İyun 2021
Home » hadisə » Keçmiş məhkum saxlanıldı

Keçmiş məhkum saxlanıldı

 

Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin həyətindəki yarımçıq tikilidən ümumilikdə 661 qramdan artıq narkotik vasitə heroin, tiryək və həşiş qətranı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Check Also

Ağsuda polis əməkdaşını avtomobil vurub

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub. Boyukmillet.com “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, …