Şənbə , 9 Dekabr 2023

Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlayacağı tarix açıqlanıb

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, həmin gün I turda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:00-da başlayacaq. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Qeyd edək ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Check Also

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar. Boyukmillet.com xəbər …