Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

KİV Pakistanın Baş nazirinin Azərbaycana rəsmi səfərinin məqsədini açıqlayıb

Pakistanın məşhur “Nation.com.pk” nəşri bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin məqsədini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, mətbu orqan səfərdə əsas məqsədin iki ölkə arasında sərmayə, ticarət və enerji sahələrində əməkdaşlığı müzakirə etməkdən ibarət olduğu vurğulanır.

“Pakistan Azərbaycanla həmişə isti, mehriban münasibətlərə malik olub, çünki hər iki ölkənin dini, mədəniyyəti və tarixi oxşarlığı var. Baş nazir Məhəmməd Şahbaz Şərifin ticarət, investisiya və enerji sahələrində mümkün əməkdaşlığı müzakirə etmək üçün Azərbaycana rəsmi səfəri də buna əyani sübutdur. Ümidvericidir ki, hökumət beynəlxalq münaqişələrdən, bazar qeyri-müəyyənliyindən və diplomatik təzyiqlərdən yan keçməyə çalışır və bunun əvəzinə regionda açılan imkanlardan istifadə edir”, – mətbu orqan qeyd edib.

Pakistan və Azərbaycan artıq may ayında üçüncü sessiyası başa çatan ikitərəfli siyasi məsləhətləşmələrdə iştirak edirlər: “Hər iki tərəf ticarət üzrə işçi qrupun yaradılması, Preferensial Ticarət Sazişinin imzalanması və düyü, meyvə və tərəvəz kimi kənd təsərrüfatı məhsullarına rüsumsuz girişin tətbiqi ilə böyük irəliləyiş əldə etmələri qənaətinə gəliblər. Əvvəllər razılaşdırılmış şərtlər, şübhəsiz ki, bu səfər zamanı təsdiqlənəcək, lakin indi bizim məqsədimiz investisiya və enerji ticarəti imkanlarını müzakirə edərkən regional tərəfdaşımızla böyük həcmdə ixracı təmin etmək olmalıdır”.

“Pakistanın problemləri, xüsusən valyuta ehtiyatlarının tükənməsi ilə bağlı çətinliklər bütün dünyada yaxşı məlumdur. Qaz və neft məhsullarının idxalının maya dəyərini aşağı salmağa çalışırdığımızı gizlədə bilmərik.

Bundan əvvəl hər iki ölkə hökumətlərarası sazişlər çərçivəsində neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün 220 milyon ABŞ dolları məbləğində kredit xətlərinin açılması barədə qərar qəbul edib. Bunun əsasında Azərbaycan Pakistana ayda bir partiya LNG-ni münasib qiymətlərlə tədarük etməyə də razılıq verib. Bu razılaşmanın təfərrüatları dəqiqləşdirilməyib, ona görə də Baş nazirin səfəri zamanı bunu müzakirəyə çıxarması vacibdir. Dünya miqyasında neft və qaz qiymətləri kəskin şəkildə artıb və biz onları subsidiyalaşdırılmış qiymətlərlə təmin etməyi vəd edən mənbədən istifadə edə bilərik”, – “Nation.com” vurğulayıb.

“Bütün bunlar regional münasibətlərin yaxşılaşdırılması və hesablaşmalı birliyin yaradılması istiqamətində bəlkə də ilk addımdır. Azərbaycan xüsusən həmişə etimad və qardaşlıq münasibətlərini təcəssüm etdirən müttəfiq olub və bizim potensialı boş yerə sərf etməyimiz ağılsızlıq olardı”.

Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdədir. O, iyunun 14-də ölkəmizə gəlib.

Check Also

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald …