Cümə , 12 Avqust 2022
Home » Digər ölkələr » Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hadisə Tumako (Narino qərb departamenti) bələdiyyəsi yaxınlığında olub. Həlak olanlar arasında həddi-buluğa çatmayan yeddi nəfər də var. Hadisə zamanı 30 sərnişin xilas edilib. Xilasedicilərin ehtimalına görə, qəza nəticəsində təxminən 30 nəfər itkin düşüb.

Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

Check Also

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, …