Cümə , 12 Avqust 2022
Home » Manşet » Komandan: “Düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdik”

Komandan: “Düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdik”

“Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.

Check Also

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə …