Çərşənbə , 12 Noyabr 2025
Drone Cameras

Koronavirus şübhəlisi olan 5 yaşlı qızını xəstəxanadan qaçırdı

Türkiyədə xəstəxanaların birində qəribə olay baş verib.

Boyukmillet.com yerli KİV-ə istinadən bildirir ki, koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız atası tərəfindən qaçırılıb.

Almaniyadan 12 gün əvvəl qayıdan ailənin 5 yaşlı qızı Ş.F-də qızdırma və boğaz ağrısı müşahidə olunub. O, koronavirus şübhəsi ilə Gölyaka Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, atası tərəfindən qaçırılıb. Polisin əməliyyat tədbirləri ilə uşağın və atasının içində olduğu avtomobil aşkar edilərək saxlanılıb. Azyaşlı xəstəxanaya müayinəyə, atası isə polis şöbəsinə aparılıb. Şöbədə hadisəni panikaya düşüb etdiyini dedikdən sonra sərbəst buraxılıb.

5 yaşlı uşaq isə Düzce Atatürk Dövlət Xəstəxanasında müayinə olunub və nəticələr neqativ çıxıb.

Check Also

“Böyük Qayıdış” proqramına 21,5 milyard manat xərclənib: nəticələr gözləntiləri doğruldurmu?

2025-ci ilin ilk doqquz ayında dövlət büdcəsi xətti ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması …