Çərşənbə , 5 Oktyabr 2022
Home » Digər ölkələr » Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb

Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb

Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb.

“Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, – nazirliyin saytında bildirilir.

Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın itkin düşdüyü bildirilib.

Neft anbarında yanğın avqustun 5-də 25 min kubmetr neftin olduğu səkkiz çəndən birinə ildırım düşməsindən sonra başlayıb. Avqustun 7-də ikinci rezervuar partlayıb, üçüncü çənə ciddi ziyan dəyib, yanğın daha sonra dördüncü rezervuara keçib.

Check Also

Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb. Boyukmillet.com …