Çərşənbə , 25 May 2022
Home » Digər ölkələr » Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib.

Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.

Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.

Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.

Check Also

Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib

Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlüyünün 30 illiyi Parisdə qurumun igamətgahında qeyd edilib. “Report”un Fransa …