Bazar ertəsi , 16 İyun 2025
Drone Cameras

Lavrov və Çavuşoğlu arasında görüş keçirilir

Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.

Check Also

Ermənistan Yaxın Şərqdəki vəziyyət səbəbindən malların ixrac və idxalında çətinliklər yaşayır

Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir. Boyukmillet.com Ermənistan KİV-inə istinadən …