Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

“LDPR” partiyasının lideri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası Azərbaycanın gündəmindədir”

“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü nöqtə”dən tərpənə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski deyib.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir.

Onun sözlərinə görə, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan nəhayət suverenliyini bərpa edib: “Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını Ermənistanın baş naziri Nikol Paşinyan hələ Praqada verdiyi bəyanatla tanıyıb. Demək, lokal xarakterli antiterror tədbirləri məhz Azərbaycanın suveren ərazisində həyata keçirilib”.

“Siyasi, tarixi nöqteyi-nəzərdən bu məsələyə nöqtə qoyulduğunu söyləmək mümkündür və vacibdir”, – “LDPR” partiyasının lideri əlavə edib.

L.Slutski bildirib ki, erməni əhalinin reinteqrasiyası, təhlükəsizliyi, bu ərazidə infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlər artıq gündəmdədir və bundan sonra da gündəmdə olacaq.

“Rusiyanın sülhməramlı kontingenti buna töhfə verəcək”, – Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri fikrini yekunlaşdırıb.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …