Bazar ertəsi , 6 Fevral 2023

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayı baxımından həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

Boyukmillet.com-un məlumatına görə, Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

“974” stadionunda oynanılan matçda Cənubi Amerika təmsilçisi hesabda öndədir – 2:0. Qolları 46-cı dəqiqədə Aleksis Makallister və 68-ci dəqiqədə Xulian Alvares vurublar.

Check Also

CAS-ın azərbaycanlı məşqçi ilə bağlı qərar verəcəyi tarix müəyyənləşib

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) işinə baxılacaq tarix müəyyənləşib. Boyukmillet.com …