Cümə , 12 Avqust 2022
Home » Daxili siyasət » Londondakı səfirliyimiz tam şəkildə geri çağırılmalıdır…

Londondakı səfirliyimiz tam şəkildə geri çağırılmalıdır…

Əsl diplomat göstəricisi yalnız yaxşı ütülü paltar geyib, bir neçə xarici dildə danışmaq bacarığı ilə ölçülməməlidir. Xaricdə Azərbaycanı təmsil edən diplomat həm də öz ölkəsinin əsgəri sayılmalıdır. 

Diplomatik normalara görə,  Londondakı Azərbaycan səfərliyi bizim ölkəyə aid olan toxunulmaz ərazimiz sayılır. Dünən bir ovuc düdəmə radikal  “dindar” bizim ərazimizə soxuldu. 

Təəssüf ki, onlar heç bir müqavimətlə rastlaşmadı. Bəyəm, çox böyük heyətlə fəaliyyət göstərən Böyük Britaniyadakı səfirliyimizdə özünü səngərdə hiss edən bir diplomat tapılmadı ki, həmin başıpozuqların önünə çıxsın? 

Başa düşürəm ki, bu böyük risq tələb edirdi. Hətta həmin adamı öldürə də bilərdilər. Demək belə çıxır ki, London səfirliyimizdə Azərbaycanın atributları uğrunda canından keçməyə hazır olan bir diplomat belə tapılmadı? İndi neynəyək, ora xidmətə də Şuşanı yalın əllərlə düşməndən geri alan xüsusi təyinatlılarımızı göndərək? 

Bilirsiniz  niyə belə təzad yaranır? Çünki xüsusi təyinatlı hərbçilər kasıb balalarıdı, Londondakı diplomatlar isə ən varlı ailələrin övladlarıdır. Bu xoşagəlməz hadisə Azərbaycan səfirliklərində olan boşluğu daha aydın şəkildə ortaya qoydu. 

Londondakı səfirliyin heyəti tam tərkibdə geri çağrılmalıdır. Ora və digər səfirliklərə xidmətə  məmur balalarını yox, hər an canından keçməyə hazır olan əsl Azərbaycan övladlarını  göndərmək lazımdır!!!

Məhəmmədəli Qəribli
Jurnalist
Demokrat.az

Check Also

Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında …