Çərşənbə , 16 İyun 2021
Home » hadisə » Məktəblinin özünü 7-ci mərtəbədən ataraq intihar etməsi ilə bağlı cinayət işi açılıb

Məktəblinin özünü 7-ci mərtəbədən ataraq intihar etməsi ilə bağlı cinayət işi açılıb

Gəncə şəhər Yeni Gəncə yaşayış massivində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxıldığı deyilən gənc qızın intihar etdiyi məlum olub.

Boyukmillet.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində dünən axşam saatlarında yaşadığı binanın 7-ci mərtəbəsindən yıxıldığı bildirilən 2004-cü il təvəllüdlü Şəms Eşqin qızı Hüseynovanın intihar etdiyi məlum olub.

Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, gənc qız ağır halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən ərazidə yaşayanların bildirdiyinə görə, intihar edən qız 11-ci sinif şagirdi olub. O, dərs kitablarını da pəncərədən atıb.

İntiharın dəqiq başvermə səbəbləri isə hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Check Also

Ağsuda polis əməkdaşını avtomobil vurub

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub. Boyukmillet.com “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, …