Şənbə , 8 Avqust 2020
Home » Gündəm » “Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” – Ekspert səbəbləri açıqladı

“Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” – Ekspert səbəbləri açıqladı

Hazırda mənzil bazarında nisbi aktivlik müşahidə olunsa da potensial alıcı kütləsini daha çox qarşıdakı aylarda baş verəcək tendensiyalar maraqlandırır. Aparılan araşdırma və təhlillər, həmçinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin proqnozlarına görə gələn ilin başlanğıcından mənzil bazarında kəskin artım gözlənilir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə qiymət artımını şərtləndirən bir sıra amillər var:

” Son 1 ildə mənzil tikintisi sahəsində qəbul olunan qərarlar, şəhərsalma və infrastruktur layihələri ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri, əhalinin mənzil-məişət şəratinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr, yaşayış sahəsinə tələbatın yüksək olması, turist axını və məskunlaşma ilə bağlı olan demoqrafik amillər”.

Ekspert bildirir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən ölkə başçısı İlham Əliyev tikinti sahəsində ciddi addımların atılması ilə bağlı tapşırıqlar verib: “Burada diqqəti 2 ciddi məsələ çəkir. Bunlardan 1-cisi Şəhərin mərkəzində “İçərişəhər” metrosu və yaxın ərazilərdə 2-3 mərtəbəli tarixi binaların qorunması, onların yerində yeni hündürmərtəbəli binaların tikintisinin yolverilməzliyi, digəri isə tikinti standartları ilə bağlı kafisentlərin aşağı salınması və bunlara əməl olunması məsələsidir. Bu o deməkdir ki, artıq bu tapşırıqdan sonra qeyd olunan ərazidə mənzillərin qiymətlərində kəskin artım qaçılmazdır. Bakının mərkəzində hündürmərtəbəli binaların inşasına məhdudiyyətlər qoyulub. Xüsusilə İçərişəhər və ətraf ərazilər tarixi memarlıq nümunələrinin qorunması baxımından əhəmiyyətlidir. Mərkəz hissədə yeni tikintilərin olmaması, lakin tələbin ildən ilə artrımı təbii olaraq qiymətə təsir göstərir. Eyni zamanda həmin ərazilərdə torpaq sahələrinin alınması və köçürmə işlərinə çəkilən xərclər 1 kv. metr üçün 3 min manatı ötür. Bu da paytaxtda tikinti xərclərinin kəskin artımına səbəb olur. Yaxın gələcəkdə mövcud qiymətlərin əvvəlki illərdəki qiymətlərdən 30-40 faizə qədər artacağını proqnozlaşdırmağa əsas verir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, paytaxtda mənzillərin qiymətinin artımı qaçılmazdır, bunun qarşısını almaq mümkün olmayacaq. Xüsusilə şəhər mərkəzində, geniş ölçülü torpaq sahələrinin məhdud olduğu ərazilərdi qiymətlərin növbəti ildən azı 10-15 faiz artacağı proqnozlaşdırılır”.

Check Also

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və …