Çərşənbə axşamı , 2 Mart 2021
Home » Manşet » Məzahir Əfəndiyev şəhid ailələrini ziyarət edib – FOTO

Məzahir Əfəndiyev şəhid ailələrini ziyarət edib – FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay və Ağdaş rayonları ərazilərində İkinci Qarabağ müharibəsində şəhid olan övladlarımızın ailələrini ziyarət edib.

Deputat ilk öncə  Göyçay şəhər Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin məzarlarına gül dəstələri qoyaraq ruhlarını dərin ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyib.

M.Əfəndiyev 20-yə yaxın şəhid ailəsi ilə görüşüb, onlara başsağlığı verib, cənab Prezident İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı haqqında, yeni yaranmış “YAŞAT” Fondu, bu istiqamətdə icra edilən dövlət proqramları barəsində fikir mübadiləsi apararaq ətraflı məlumat verib və bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlətin qayğısı ilə əhatə olunub, bundan sonra da olunacaqlar.

M. Əfəndiyev qeyd edib ki, Qarabağımız Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına azad olunub. Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın tarix yazan adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, şəhidlərimiz qürur mənbəyi olaraq daim yaddaşlara həkk olunacaqlar və şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur.

O, xüsusilə vurğulayıb ki, şəhidlərimiz müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq, başda Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrimizin qüdrətini, xalqımızın birliyini dünyaya göstərmişlər: “Şanlı Ordumuz əcdadımızdan gələn hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdi. Quruculuq, yaradıcılıq, xalqın rifahının yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin prioritetidir və əminəm ki, Cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağ dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək. Ali Baş Komandanın əmri ilə mübariz Azərbaycan Ordusunun daha da təkmilləşməsi, işğaldan azad olunan torpaqlarımıza qayıdış, şəhid və qazi ailələrinə dövlətin xüsusi nəzarəti bundan sonra da davam edəcək. Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Müalicəsi davam edən qazilərimizə isə tezliklə sağalmaqlarını arzu edirik.”

Orxan Vahidoğlu, “İki sahil”

Check Also

Prezident Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını edib – YENİLƏNİB

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın …