Çərşənbə axşamı , 31 Mart 2020
Home » Gündəm » Məzahir Pənahov: “Dairə sədrinin Musa Qasımlının bacanağı olduğunu bilsəydik…”

Məzahir Pənahov: “Dairə sədrinin Musa Qasımlının bacanağı olduğunu bilsəydik…”

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Boyukmillet.com-un verdiyi xəbərə görə, bu dairədən namizədlər Nəsrəddin Qəmbərov və Qubadəli Rzayev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyib.

MSK üzvü Validə Bayramova bildirib ki, araşdırma nəticəsində şikayətlərin əsassız olduğu müəyyən edilib. Q.Rzayev bildirib ki, həmin dairənin sədri, deputat Musa Qasımlının bacanağıdır və ondan verilən bütün şikayətlərə rədd cavabı verib.

Məzahir Pənahov deyib ki, bacanaq birinci dərəcəli qohum olmadığı üçün qanun bunu qadağa etmir: “Amma biz bunu əvvəldən bilsəydik, həmin dairə sədrinin dəyişdirilməsi üçün əlimizdən gələni edərdik ki, narahatlığa yer qalmasın”.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

Qeyd edək ki, bu dairə üzrə lider keçmiş deputat Musa Qasımlıdır.  

Check Also

Koronavirusun səthlərdə qalma müddəti açıqlandı – VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) koronavirusun (COVID-19) səthlərdə qalma müddəti ilə bağlı videoçarx …