Şənbə , 3 İyun 2023

Macarıstan qaçqın axınının artacağını gözləyir

“Macarıstan hakimiyyəti Ukraynadakı müharibə nəticəsində yaranan ərzaq böhranının qeyri-qanuni miqrasiyanın artmasına səbəb olacağını gözləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Bosniya və herseqovinalı həmkarı Elmedin Konakoviçlə birgə mətbuat konfransında deyib.

“Ötən il cənub sərhədlərimizdə 265 min qanunsuz miqrantı saxladıq. Qərbi Balkan ölkələri ilə daha yaxşı əməkdaşlıq yolu ilə qeyri-qanuni miqrasiya ilə daha effektiv mübarizə apara bilərik”, – o vurğulayıb.

Check Also

Zelenski bu ölkələrə açıq savaş elan etdi: Ermənistan da var

Rusiyaya sanksiyalardan yayınmağa yardı edənlərə qarşı açıq mübarizəyə başlayacağam. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna …