Çərşənbə axşamı , 11 Avqust 2020
Home » Dünya » Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”

Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”

Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi – “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.

Bunu Boyukmillet.com-a eksklüziv açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, 2018-ci ildə dövlət büdcəsinə həyata keçirilən ödəniş ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə “SOCAR Energy Georgia” şirkəti Gürcüstan büdcəsinə 144 milyon dollar vergi ödəyib. 2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib”.

O qeyd edib ki, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.

Check Also

Müdafiə naziri DƏHŞƏTLİ REALLIQLARDAN danışdı: evlərində raket saxlayırlar, müharibə olsa…

Livanın əsas problemi “Hizbullah“ qruplaşmasının lideri Həsən Nəsrullahdır. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Beni Qantz …