Cümə , 2 Dekabr 2022
Home » Siyasət » Makron Ermənistanı savaşa sövq edir – ÖZƏL

Makron Ermənistanı savaşa sövq edir – ÖZƏL

“Fransa bir qayda olaraq Ermənistanın maraqlarına xidmət edən, bu ölkəyə hər tərəfli himayə göstərən dövlət olub. İkinci Qarabağ müharibəsi zamanı da biz bunun əyani şahidi olduq”

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “OLAYLAR”-a İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə “Azərbaycan əvvəlki sərhədlərinə qayıtmalıdır” tələbinə münasibət bildirərkən səsləndirib. Təşkilat sədri qeyd edib ki, Fransa preizdenti bununla təkcə siyasi riyakarlığa yol vermir, eyni zamanda tarixdən də məlumatsız olduğunu ortaya qoyur: “Əgər Makronun tarixdən bir balaca anlayışı olsaydı bilərdi ki, bu günkü Ermənistan dövlətinin paytaxtı sayılan İrəvan belə qədim Azərbaycan torpağı olub. O ki, qaldı Makronun iddia etdiyi digər ərazilər”.

Samir Adıgözəlli onu da qeyd edib ki, istər Emmanuel Makron, istərsə də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin qayğıkeşliyi və Ermənistanı yenidən savaşa sövq etmələri heç də İrəvan üçün yaxşı gələcək vəd etmir: “Ermənistanın atmış olduğu hər bir revanşist addım bu ölkə üçün acı nəticələrə gətirib çıxaracaq. Ona görə də nə qədər gec deyil Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb öz gələcəyini qurmalıdır.

Check Also

Fransa 30 ildən çoxdur ki, terrorçunu, işğalçını sinəsinə basıb əzizləməklə məşğuldur

Samir Adıgözəlli: “…Bu bədnam qətnamə göstərir ki, Fransanın Azərbaycana qarşı düşmən münasibətinin kökü dərindədir” Fransanın …