Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Digər ölkələr » Malidə hücum zamanı 33 hərbçi öldürülüb, 14 nəfər yaralanıb

Malidə hücum zamanı 33 hərbçi öldürülüb, 14 nəfər yaralanıb

Malinin şimalında hərbi hissələrdən birinə silahlı hücum nəticəsində onlarla hərbi qulluqçu həlak olub, daha bir neçə nəfər yaralanıb.

Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Afrika ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, Ansanqo rayonundan 60 kilometr məsafədəki Tessit yaşayış məntəqəsində hərbi hissə silahlı terrorçuların hücumuna məruz qalıb.

Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Hücumun hansı qruplaşma tərəfindən təşkil olunduğu açıqlanmır.

Check Also

Əfqanıstanın paytaxtında partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amad News” agentliyi …