Bazar , 11 İyun 2023

“Mançester Yunayted” koronavirusa görə futbolçusunu məşqə buraxmadı

İngiltərənin “Mançester Yunayted” klubu transfer dönəmində Çinin “Şanxay Şenxua” komandasından heyətinə qatdığı futbolçu Odion İqalodan yararlana bilmir.

Boyukmillet.com “Mirror”a istinadən xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu koronavirusa yoluxma ehtimalına görə kollektivdən ayrı düşüb.

Klub rəhbərliyi iki həftəlik inkubasiya dövründən sonra problem çıxmayacağı təqdirdə, oyunçunun məşqlərə qatılmasına icazə verəcək.

Qeyd edək ki, Çində koronavirusa görə bir sıra beynəlxalq idman yarışları baş tutmayıb. 

Check Also

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün dördüncü mərhələ keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped …