Şənbə , 28 Noyabr 2020
Home » Dünya » Mariya Zaxarova: “Jurnalistlərin qarşılıqlı səfərləri…”

Mariya Zaxarova: “Jurnalistlərin qarşılıqlı səfərləri…”

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O xatırladıb ki, bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub:

“Biz bu birgə tədbiri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisi kimi nəzərdən keçiririk. Hesab edirik ki, bu cür humanitar aksiyalar əhalinin sülhə hazırlanmasına yönəlib. Davam etmək lazımdır, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən biz zəruri vasitəçilk dəstəyi göstərəcəyik”.

Check Also

Meksikada prezidentin toxunulmazlığı ləğv edildi

Meksika Senatı dövlət başçısının məhkəmə toxunulmazlığından məhrum edilməsi ilə bağlı konstitusiyada edilən dəyişikliyi qəbul edib. …